Boris Titov: Azərbaycan COP29-da karbon bazarlarının inkişafına töhfə verib
sizinxeber.az xəbər saytı

Boris Titov: Azərbaycan COP29-da karbon bazarlarının inkişafına töhfə verib


COP29 sammitində Azərbaycan karbon bazarlarını irəli aparan iki sazişin bağlanmasına nail olub.

"Sizinxeber.az"un məlumatına görə, bunu COP29 kuluarlarında Rusiyanın beynəlxalq təşkilatlarla əlaqələr üzrə prezident nümayəndəsi Boris Titov NEWS.ru-ya bildirib.

Onun sözlərinə görə, Bakıdakı iqlim konfransının iştirakçıları 15 il ərzində tərpənməz qalan bəzi bəndləri olan Paris sazişlərinə qayıdıblar. "İndi nəhayət ki, bütün ölkələr üçün harmonikləşdirilmiş karbon bazarlarına start verilib. Başqa məsələ budur ki, hər ölkə öz modelini inkişaf etdirir. Məcburi bazarın formalaşması üçün əsas yaranıb", - deyə o deyib.

Rəsmi bildirib ki, Rusiyanın müəssisələrin istixana qazı emissiyaları üçün kvotalar aldığı "Saxalin eksperimenti" var. "Kvotaların aşılmasına görə cərimələr tətbiq olunur. Bu, məcburi bazarın formalaşması üçün əsasdır. Müəssisələr cərimə şəklində ödəyə bilər və ya ekoloji və digər layihələrdə yaranan karbon vahidləri şəklində ödəyə bilər", - Titov vurğulayıb.

Oxşar xəbərlər

Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
Boris Titov: Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır
Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib
Küveyt Vəliəhdi: 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyirik
Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle