Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
okt
2025
12:17

Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub

27 okt, 2025
12:17
419

Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr qazma işləri həyata keçirilib.

AZƏRTAC SOCAR-ın cari ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabata istinadla xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artaraq, 13 milyard kubmetr təşkil edib.

Ümumilikdə isə, 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 faiz artım qeydə alınıb.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft, 760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7 faiz artım qeydə alınıb.

Bizimlə əlaqə saxlayın