Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO


İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsənlə görüşüb.

Bu barədə Sizinxeber.az-ya Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Bildirilib ki, görüşdə müvafiq olaraq Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə hər iki federasiya arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Taekvondo Federasiyası və İordaniya Taekvondo Federasiyası arasında taekvondonun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.

Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında idmanın taekvondo növü üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda taekvondo üzrə "Ümid-Alpman Open” turniri başlayıb
Azərbaycan Taekvondo Federasiyası dan imtahanı təşkil edib
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycanın Parisdəki Olimpiya Evində olub
Azərbaycanın taekvondo üzrə U-21 millisində daha bir təyinat olub
Azərbaycan Taekvondo Federasiyasına Türkiyədə xatirə hədiyyəsi təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər