Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurub
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
APA xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.
Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.
Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.
Oxşar xəbərlər
Azərbaycan güləş millisi dördüncü dəfə Avropa çempionu olub
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycan yığması vətənə dönüb - FOTOLENT
Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













