Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub


Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

APA xəbər verir ki, ilk yarış günündə təmsilçimiz Aysun Məmmədova qızıl medalın sahibi olub.

Əlli iki kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançımız müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan güləşçisi 1/4 finalda məğlub olub - YENİLƏNİB
Paris-2024: Azərbaycan cüdoçusu 1/8 finalda uduzub - YENİLƏNİB
Paris-2024: Mariya Stadnik 1/4 finalda məğlub olub - YENİLƏNİB
Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub olub - YENİLƏNİB 2
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər