Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl, bir gümüş medal qazanıb - YENİLƏNİB
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz aktivinə daha iki medal yazdırıb.
60 kq çəki dərəcəsində Nizami İmranov mübarizəyə 1/8 finaldan başlayıb. O, italiyalı Françesko Sampinonu məğlub edərək növbəti mərhələyə yüksəlib.
Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Nizaminin yarımfinalda fransalı rəqibi Zahariye Dijola qalib gəlib. İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.
57 kq çəkidə isə Fidan Əlizadə ilk görüşdə lixtenşteynli Lei Vissanı məğlub edib. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçdən üstün olub. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib.
İdmançımız rumıniyalı Vanessa Toleayanı da keçərək, adını finala yazdırıb.
Cüdoçumuz gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.
***
18.02
Azərbaycan təmsilçisi Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, Könül Əliyeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, o, turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb.
Oxşar xəbərlər
Paris-2024: Güləşçimiz yarımfinalda məğlub olub - YENİLƏNİB 1
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB-1
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
