
Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - FOTOLENT - YENİLƏNİB

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - FOTOLENT - YENİLƏNİB
Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.
Apasport.az xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.
Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.
Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.
Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.
Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.
Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.
***
11:42
II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir.
Sizinxeber.az-nın yerli müxbirinin xəbərinə görə, marafon iştirakçıları səhər saatlarından başlayaraq işğaldan azad olunmuş Ağdam şəhəri istiqamətindən Xankəndi şəhəri xətti üzrə davam edirlər.
Qaçış iştirakçıları Xocalı rayonu ərazisində davam edirlər.