Eldəniz Əzizli: Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
okt
2024
22:50

Eldəniz Əzizli: Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir

30 okt, 2024
22:50
937

Eldəniz Əzizli: Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir

“Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir. Biz komanda hesabında çempion olduq. Belə bir tarixi uğur olmamışdı. Bu yeni bir tarixi uğurdur”.

APA xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

O, sonraki hədəfinin beşinci dünya çempionluğu olduğunu bildirib: “Qələbəmizə görə məşqçilərimizə təşəkkürümü bildirirəm. Biz aysberqin görünnən tərəfiyik. İşin görünməyən tərəfində məşqçilərimiz dayanır. Yaradılan şəraitə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Məhz bunun məntiqi sonluğudur ki, Azərbaycan idmançıları ölkəyə parlaq nəticələrlə qayıdır”.

Bizimlə əlaqə saxlayın