Polşa ötən ilin noyabrında 21 ton qızıl alıb
sizinxeber.az xəbər saytı

Polşa ötən ilin noyabrında 21 ton qızıl alıb


“World Gold Council”in (WGC) ilkin qiymətləndirmələrinə görə, dünya mərkəzi bankları 2024-cü ilin noyabrında öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 53,4 ton artırıb.

Bu barədə “Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir.

Noyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub.

2024-cü ilin aprel ayından bəri ilk dəfə olaraq Çin qızıl ehtiyatlarının artması (5 ton artım) barədə məlumat verib. Alıcılar arasında İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (1 tondan az) yer alıb.

Noyabrda qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.

Oxşar xəbərlər

SOFAZ bu il dünyada qızıl alınmalarına görə TOP5-də qərarlaşıb
Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Hindistan bu il 22,234 milyard dollar dəyərində qızıl idxal edib
KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər