sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yaponiyanın müdafiə naziri 10 il sonra ilk dəfə Cənubi Koreyaya səfər edə bilər
Yaponiyanın müdafiə naziri Hen Nakatani sentyabrın əvvəlində Cənubi Koreyaya səfər etməyi planlaşdırır.
"Sizinxeber.az" "Yonhap"a istinadən xəbər verir ki, H. Nakatani bu barədə cənubi koreyalı həmkarı An Qyu-bək ilə keçirdiyi onlayn görüşdə məlumat verib.
Danışıqlar zamanı yapon naziri Seula səfər etmək niyyətində olduğunu bildirib. Səfər təsdiqlənərsə, bu, Yaponiya müdafiə nazirinin 2015-ci ildən bəri Cənubi Koreyaya ilk rəsmi ziyarəti olacaq.
Qeyd edək ki, Nakatani ötən ilin dekabrında Seula səfər etməyi planlaşdırmışdı, lakin ölkə daxilində vəziyyətin gərginləşməsi səfərin baş tutmasına mane olmuşdu.
Oxşar xəbərlər
ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib
Slovakiya Baş naziri Cənubi Koreyaya səfər edəcək
Yaponiyanın Baş naziri Cənubi Koreyaya səfər edəcək
Ermənistan müdafiə naziri Cənubi Koreyaya səfər edib
Yaponiya ABŞ-yə SM-6 raketlərinin birgə istehsalını təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













