ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Koreya Respublikasında hərbi vəziyyətin tətbiqi ilə bağlı son vəziyyətə görə artıq səfər etməyi planlaşdırmır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Pentaqon Ostinin yaxın günlərdə baş verə biləcək səfərinin planlaşdırılması ilə məşğul olub, lakin hadisədən (hərbi vəziyyət-red) sonra qərara alınıb ki, indi səfər üçün əlverişli vaxt deyil. Agentliyin həmsöhbətlərindən biri Vaşinqtonun planların dəyişdirilməsi ilə bağlı Seulla məsləhətləşdiyini açıqlayıb.
Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyət tətbiq edib. Xüsusi rejim altı saat sonra ləğv olunub.
Oxşar xəbərlər
Quterreş Cənubi Koreyada hərbi vəziyyətin ləğvini alqışlayıb
Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib
“Yonhap”: Cənubi Koreya Prezidenti hərbi vəziyyəti ləğv edib
Cənubi Koreya ordusunun hərbi vəziyyət rəhbəri istefa verəcəyini açıqlayıb
Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













