Fransa sərt büdcə qənaətinə keçir
sizinxeber.az xəbər saytı

Fransa sərt büdcə qənaətinə keçir


Fransa hökuməti 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 5%-i səviyyəsinə çatdırılması məqsədilə təxminən 6 mlrd avro məbləğində xərcləri dondurmaq niyyətindədir.

"Sizinxeber.az"un Avropa bürosunun fransız KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Sebastyan Lekornunun aprelin 21-də kabinet üzvlərinə göndərdiyi məktubda qeyd olunub.

Onun qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişənin nəticələri dövlət maliyyəsinə əhəmiyyətli təzyiq göstərib. Planlaşdırılır ki, təxminən 4 mlrd avro ixtisarlar mərkəzi hökumətin xərclərinə, daha 2 mlrd avro isə sosial təminat sisteminə aid olacaq.

Sənəddə vurğulanır ki, ABŞ və İsrailin hərbi əməliyyatının İrana qarşı nəticələri, eləcə də Hörmüz boğazının bağlanması Fransa iqtisadiyyatına birbaşa təsir göstərir. Bundan əlavə, hökumət müxalifətin büdcə ixtisarlarının xarici amillərdən asılı olmayaraq əvvəlcədən planlaşdırıldığına dair iddialarını təkzib edib.

Oxşar xəbərlər

Fransa büdcəsi 5 milyard avro azaldılır
Fransa 2026-cı ildə büdcə kəsiri səbəbindən 40 milyard avro qənaət etməli olacaq
Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır
Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq
Fransa 2026-cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər