Rubio: Xarici siyasətdə dünya nizamını deyil, ABŞ-nin maraqlarını rəhbər tutacağıq
Amerika administrasiyası xarici siyasətini təyin edərkən indiki dünya nizamını deyil, ABŞ-nin milli maraqlarını rəhbər tutacaq.
"Sizinxeber.az"un xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Amerika kompas"ı qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda deyib.
"Xarici siyasətimizin - məkandan və məsələdən asılı olaraq - mərkəzləşdiyi və ilk növbədə Birləşmiş Ştatlar üçün nəyin xeyirli olduğuna yönəldilməsi ideyası tamamilə itirilib. Biz beynəlxalq nizam üçün nəyin xeyirli olduğuna və ya dünya üçün nəyin yaxşı olacağına əsaslanaraq dəfələrlə xarici siyasət qərarları vermişik", - o deyib.
"Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur, amma bizim xarici siyasətimizin əsas prioriteti Birləşmiş Ştatlar və ABŞ-nin maraqlarına cavab verən məsələ olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir", - ABŞ dövlət katibi əlavə edib.
Oxşar xəbərlər
Rubio: ABŞ münaqişələrin qarşısını almaq üçün öz maraqlarını qurban verməyəcək
ABŞ Dövlət katibi Marko Rubio Türkiyədə səfərdədir
ABŞ dövlət katibi İranla nüvə danışıqlarının davam etdiriləcəyinə ümidlidir
Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
