Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər


ABŞ İranla münaqişəni həll etdikdən sonra Kubaya "nəzər sala" bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.

"Biz bunu (İranı - red.) həll edəcəyik və bununla işimizi bitirdikdə Kubaya nəzər sala bilərik", - o bildirib.

Trampın fikrincə, uzun illər boyu pis idarəetmə səbəbindən Kuba tənəzzül içindədir.

Amerika lideri dəfələrlə iddia edib ki, Venesueladan neft tədarükü dayandırıldıqdan sonra Kuba hökuməti və iqtisadiyyatı süquta yaxındır. Fevralın 27-də Tramp bildirib ki, Birləşmiş Ştatlar "Kuba üzərində dostcasına nəzarət qura" bilər.

Daha sonra Havana və Vaşinqton ikitərəfli fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparıb. Kuba hər iki dövlətin siyasi sistemlərinə və suverenliyinə hörmət və bərabərlik əsasında dialoq aparmağa hazır olduğunu ifadə edib.

Oxşar xəbərlər

Tramp: ABŞ yaxın vaxtlarda Kuba ilə razılaşma əldə edə bilər
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirir
Kuba XİN ABŞ-nin sanksiyalarla bağlı son qərarını cinayət adlandırıb
Kubaya hər cür dəstək olacağıq - Kreml
Kuba hakimiyyəti ABŞ səfirliyinə kömək etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər