"Times": Starmer yaxın günlərdə istefa vermək barədə qərar qəbul edə bilər
sizinxeber.az xəbər saytı

"Times": Starmer yaxın günlərdə istefa vermək barədə qərar qəbul edə bilər


Britaniya hökumətinin başçısı Kir Starmer qarşıdan gələn həftəsonu baş nazir vəzifəsini tutmağa davam edib-etməyəcəyini müəyyənləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Times" məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, baş nazir postunu qoruyub saxlamaq niyyəti ilə bağlı açıq bəyanatlarına baxmayaraq, Starmer ən yaxın ətrafı ilə şəxsi söhbətlərində hakim Leyboristlər Partiyasından olan parlamentarilərin əhəmiyyətli hissəsinin onun getməsinin tərəfdarı olduğunu ehtimal edir.

Qəzet yazıb ki, Nazirlər Kabinetinin rəhbəri həyat yoldaşı Viktoriya və digər yaxın qohumları ilə məsləhətləşmələrdən sonra istirahət günlərində mümkün istefası barədə yekun qərar qəbul etməyi planlaşdırır.

Daha əvvəl Starmer bildirib ki, Böyük Mançester qraflığının meri Endi Bernem Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına keçirilən əlavə seçkilərdə qələbə qazandıqdan sonra öz postunu könüllü tərk etmək niyyətində deyil.

Oxşar xəbərlər

Times: Starmer yaxın günlərdə istefa verə bilər
Starmer: Yaxın illərdə Baş nazir vəzifəsindən ayrılmaq niyyətində deyiləm
Starmer: Britaniya Yaxın Şərq bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək
Starmer yaxın zamanda postunu tərk edə bilər
Starmer istefa çağırışlarını rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər