BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib
sizinxeber.az xəbər saytı

BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib


Yaxın Şərqdə eskalasiya başlayandan bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış ümumilikdə 341 ballistik, 15 qanadlı raketi və 1 748 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Təkcə martın 21-də hava hücumundan müdafiə qüvvələri İran tərəfindən istiqamətləndirilmiş 3 ballistik raketi və 8 PUA-nı zərərsizləşdirib.

Hücumlar nəticəsində xidməti vəzifələrini yerinə yetirən iki hərbi qulluqçu həlak olub. Bundan əlavə, altı dinc sakin - Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları ölüb.

Qurumun məlumatına görə, 160 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxşar xəbərlər

ABŞ ballistik raketi ilk dəfə uğurla zərərsizləşdirib
BƏƏ-nin HHM sistemləri İranın 6 raketini və 21 PUA-sını vurub
Türkiyəyə İrandan növbəti ballistik raket atıldı - RƏSMİ - FOTO
İsrail HHQ Yəməndən atılan raketi zərərsizləşdirib
Bəhreyn müharibə başlayandan bəri İrana məxsus 200-dən çox PUA-nı vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər