Yaponiya İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həllində israrlıdır
sizinxeber.az xəbər saytı

Yaponiya İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həllində israrlıdır


Yaponiya İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyini qətiyyətlə müdafiə edir və hər iki tərəfi təmkinli olmağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə çağırır.

“Report”un məlumatına görə, bunu Yaponiyanın xarici işlər naziri Takesi İvaya mətbuat konfransında bildirib.

"Ölkəmiz bir daha bütün tərəfləri beynəlxalq hüquqa uyğun hərəkət etməyə və məsələləri danışıqlar yolu ilə həll etməyə çağırır", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, Yaponiya tərəfi öz növbəsində münaqişənin həlli istiqamətində diplomatik səylərini davam etdirəcək.

Daha əvvəl Takesi İvaya jurnalistlərə 87 Yaponiya vətəndaşının və onların ailə üzvlərinin İrandan İordaniya və Azərbaycana uğurla təxliyə edilməsi barədə məlumat vermişdi.

Oxşar xəbərlər

Yaponiya İsrailin İrana zərbəsini pisləyib
Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə edəcəklər
Moskva Yaponiya XİN başçısının Rusiyaya girişinə qadağa qoyub
Antoni Blinken Yaponiya XİN başçısı ilə Şimali Koreya məsələsini müzakirə edib
Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle