Nazirlər Kabineti: Yaponiya hökuməti Alyaska sammitini diqqətlə izləyir
Yaponiya hökuməti avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan Rusiya-Amerika sammitini diqqətlə izləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında deyib.
“Ölkəmiz bu görüşü diqqətlə izləyir”, - deyən Yoşimasa Hayaşi qeyd edib ki, ABŞ və Rusiya liderləri arasında Ukraynada münaqişə başlayandan bəri bu ilk görüş mühüm beynəlxalq məsələlərə böyük təsir göstərəcək.
Yaponiya hökumətinin baş katibi Tokionun ABŞ prezidenti Donald Trampın Ukraynadakı yanğına son qoymağa yönəlmiş təşəbbüslərini alqışladığını və dəstəklədiyini bir daha bəyan edib və bir daha Rusiyanın qarşıdakı danışıqlarda müsbət yanaşmaya ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib
Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibilə istefa verib
Tokio Trampın İran zərbələrini atom bombası ilə müqayisə etməsinə cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
