Dominikanda özəl təyyarə qəzaya uğrayıb, ölənlər var
Dominikan Respublikasının cənub sahilindəki La-Romana şəhəri yaxınlığında baş verən təyyarə qəzasında Amerika qeydiyyatlı kiçik özəl təyyarənin iki pilotu həlak olub.
"Sizinxeber.az"un "La Nacion" qəzetinə istinadən verdiyi məlumata görə, qəza şəhərin hava limanına təcili eniş zamanı baş verib.
Belə ki, təyyarə eniş edərkən partlayıb və hər iki pilot hadisə yerində ölüb.
Medianın məlumatına görə, təyyarə Puerto-Rikodan qalxıb və Hyustona gedirmiş. Dominikan Mülki Aviasiya İnstitutunun məlumatına görə, təyyarənin pilotu La-Romanadan 16 dəniz mili məsafədə olarkən texniki nasazlıq səbəbindən təcili eniş tələb edib.
Qeyd olunub ki, təyyarə ABŞ-də biznes aviasiyası ilə məşğul olan bir şirkətdə qeydiyyatdan keçib. Ölən iki pilotdan başqa, göyərtədə başqa heç kim olmayıb.
Oxşar xəbərlər
Rusiyaya məxsus təyyarə Şarm əl-Şeyx hava limanına məcburi eniş edib
Braziliyada pilot pəncərəyə quş çırpılmasına görə təcili eniş edib
Cənubi Koreyada təyyarə qəzasında 28 nəfər həlak olub
Qazaxıstanda "An-2" təyyarəsi qəzaya uğrayıb, ölən var
Litvada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
-
IATA rəhbəri aviasiya infrastrukturuna sərmayə yatırmağa çağırıb
