NYT: İngiltərə millisinin ABŞ-dakı bazası yaxınlığında baş verən atışmada doqquz nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

NYT: İngiltərə millisinin ABŞ-dakı bazası yaxınlığında baş verən atışmada doqquz nəfər yaralanıb


ABŞ-də Missuri ştatının Kanzas-Siti şəhərində, İngiltərə milli futbol komandasının 2026-cı il Dünya Kuboku üçün təlim-məşq bazasının yaxınlığında atışma baş verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunub ki, 6 iyun gecəsi baş verən hadisə nəticəsində doqquz nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə yerli xəstəxanalara yerləşdirilib.

Polis hələlik heç bir şübhəlini saxlamayıb və axtarışları davam edir. Hadisənin motivi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər

İndianada baş verən atışmada doqquz nəfər xəsarət alıb
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb, məşhur futbolçular siyahıdan kənarda qalıb
Arizonada atışma zamanı doqquz nəfər xəsarət alıb
ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb
Türkiyədə atışma zamanı doqquz nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər