KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
sizinxeber.az xəbər saytı

KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib


ABŞ administrasiyası İsrailin Beyrut yaxınlığında “Hizbullah” hədəfinə endirdiyi zərbəyə əvvəlcədən razılıq vermədiyini açıqlayıb.

Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid yüksək vəzifəli amerikalı rəsmiyə istinadən "X"hesabında yazıb.

Mənbənin sözlərinə görə, Ağ Ev İsrailin Beyruta endirdiyi zərbə üçün “yaşıl işıq” yandırmayıb.

Digər mənbə isə ABŞ-ın həmin əməliyyatla heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, iyunun 7-də İran İsrailin şimalına raket hücumu həyata keçirib. İsrail ordusu bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb.

Oxşar xəbərlər

"Axios": Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib
KİV: İsrail Beyruta endirilən zərbələr barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb
Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazıdır
Makron: İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur
İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər