Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
sizinxeber.az xəbər saytı

Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombos ilə telefon danışığı zamanı bu ölkənin Avropa İttifaqı sədrliyi dövründə bölgədə sülh prosesinə verəcəyi töhfəni müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycanın Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgədə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə edib
Ceyhun Bayramovla Birləşmiş Krallığın dövlət naziri arasında telefon danışığı olub
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər