Azərbaycan və Kipr XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.
Bu barədə Sizinxeber.az-ya XİN-dən məlumat verilib.
Kipr Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı, Kipr Respublikasının 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Ceyhun Bayramov ispaniyalı həmkarı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Nepalın xarici işlər naziri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb
Ceyhun Bayramovla Qazaxıstanın XİN rəhbəri arasında telefon danışığı aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











