Vaşinqton İranın uranın zənginləşdirilməsinin qəti əleyhinədir
Vaşinqton Tehranla dinc nüvə proqramını müzakirə etməyə hazırdır, lakin İranın uranın zənginləşdirilməsinin qəti əleyhinədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “CNBC”yə müsahibəsində bildirib.
İndi İranla danışıqlarda Tehranın mülki nüvə proqramını necə yenidən quracağımız müzakirə olunacaq və məsələ uranın zənginləşdirilməsini əhatə etməyəcək. BƏƏ və bir çox başqa ölkələrdə oxşar proqram modelləri mövcuddur. Tehranın nüvə enerjisi ilə məşğul olması üçün uranı zənginləşdirməyə ehtiyacı yoxdur”, - deyə o əlavə edib.
ABŞ həmçinin ümid edir ki, İranla potensial razılaşma onun nüvə proqramı üzərində güclü nəzarəti əhatə edəcək.
“İran bununla razıdır, biz bu haqda danışmışıq. Əgər onların gizlədəcəkləri heç bir şey yoxdursa, etibarlı idarəetmə ilə bağlı problem olmayacaq. Rafael Qrossinin rəhbərlik etdiyi AEBA indi bunun üzərində işləyir. Biz nəzarətin həyata keçirilməsində dəstək verə bilərik”.
Bundan əvvəl Prezident Donald Tramp bildirib ki, ABŞ administrasiyası gələn həftə İranla nüvə proqramı ilə bağlı danışıqlar aparmağa və razılığa gəlməyə ümid edir.
Oxşar xəbərlər
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
KİV: İran obyektlərinə zərbələr onun nüvə proqramı üzərində nəzarəti çətinləşdirəcək
Stiven Uitkoff: Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq
KİV: İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır
Baqai: İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
