Fon der Lyayen: Aİ Macarıstanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazırdır
Seçkilərdə qalib gələn Peter Madyar rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və kabineti formalaşdırdıqdan sonra Avropa Komissiyası Macarıstanın yeni hökuməti ilə işləməyə başlayacaq.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Budapeştdəki yeni rəhbərliklə dərhal əlaqə qurmaq və islahatların aparılması, eləcə də Aİ-nin dondurulmuş vəsaitlərinin blokdan çıxarılması da daxil olmaqla, əsas məsələlər üzrə işə başlamaq niyyətindədir.
Fon der Lyayen vurğulayıb ki, yeni hökumətdən yekun gözləntilər o, rəsmən vəzifəsinin icrasına başladıqdan sonra formalaşacaq, lakin Madyarın seçkiqabağı bəyanatları onun "Avropa yolu"na sadiqliyindən və Aİ institutları ilə əməkdaşlığa hazır olduğundan xəbər verir.
"Macarıstanın Aİ ilə daha sıx qarşılıqlı fəaliyyətə qayıtması ittifaqın birliyini möhkəmləndirmək üçün mühüm addım olacaq. Macarıstan xalqı öz səsverməsi ilə fundamental azadlıqlar və Avropaya inteqrasiya kursunu təsdiqlədi", - o bildirib.
Oxşar xəbərlər
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Ursula fon der Lyayen etimad səsverməsindən sonra vəzifəsində qalıb
Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edib
Ursula fon der Lyayen: Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək
Fon der Lyayen: Aİ Suriyanın yeni hakimiyyəti ilə əlaqələri aktivləşdirmək qərarına gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
