Yaponiya MN: “ABŞ-yə “Patriot” raketlərinin tədarükü ölkənin müdafiəsini zəiflətməməlidir”
Yaponiya ABŞ-yə “Patriot” müdafiə sistemləri üçün raketləri elə həcmdə verməlidir ki, bu, ölkənin müdafiəsində boşluqlar yaratmasın.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.
“Bu, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, həmçinin Yaponiyanın Hind-Sakit okean regionunda təhlükəsizliyini və sabitliyini gücləndirəcək. Biz hərtərəfli qiymətləndirmə aparacağıq və ölkəmizin müdafiəsində boşluqlar buraxmadan ABŞ-nin ehtiyac duyduğu həcmə əsaslanaraq qərar verəcəyik”, - o qeyd edib.
Yaponiya hökuməti dekabrın 22-də müdafiə ixracı qaydalarını yüngülləşdirərək "Patriot" raketlərinin ABŞ-a və 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniyaya göndərilməsinə icazə verib. O vaxta qədər Tokio ABŞ-yə yalnız müdafiə avadanlığı komponentlərini ixrac edə bilərdi. Güzəştlər istehsal lisenziyası vermiş ölkələrə hazır avadanlıqların tədarükünə imkan verəcək.
Oxşar xəbərlər
Yaponiya Britaniyaya 155 mm-lik artilleriya sursatlarının ixracına başlamaq niyyətindədir
ABŞ və Yaponiya PUA-lar istehsal edəcək
Ukraynanı qışda bir neçə “Patriot” sistemi qoruyacaq
Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
ABŞ-dan İsrail, Ukrayna və Tayvana fantastik yardım...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












