Çində apreldə yanacağın qiymətləri 17,4 % artıb
sizinxeber.az xəbər saytı

Çində apreldə yanacağın qiymətləri 17,4 % artıb


Çində nəqliyyat vasitələrinin yanacaq qiymətləri aprel ayında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,4 % artıb.

"Report" xəbər verir ki, bu məlumat Çinin Milli Statistika İdarəsinin göstəricilərində yer alıb.

Aylıq müqayisədə yanacağın qiymətləri 11,5 % artıb.

Ümumilikdə, nəqliyyat və rabitə kateqoriyasındakı qiymətlər aprel ayında illik müqayisədə 4,6 %, mart ayı ilə müqayisədə isə 3,5 % artıb.

Bu arada, nəqliyyat vasitələrinin özlərinin qiyməti azalıb. Xüsusilə, minik avtomobillərinin qiymətləri illik müqayisədə 1,2 % aşağı düşüb.

Oxşar xəbərlər

Azərbaycanda rabitə xidmətlərinin qiyməti cüzi artıb
FAO aprel ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Azərbaycanda bu il yük daşımaları 3 % artıb
Bakıda mənzillər 11 %-dən çox bahalaşıb
Çinin proqram təminatı sənayesinin gəliri artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər