Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb
sizinxeber.az xəbər saytı

Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb


Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb.

"Sizinxeber.az"un "South China Morning Post"a istinadən verdiyi məlumata görə, bunu Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib.

Onun sözlərinə görə, bu, Honkonqda qeydiyyatdan keçmiş gəmilərə, eləcə də Honkonq şirkətlərinə məxsus və ya onların idarə etdiyi gəmilərə aiddir.

Bu gəmilərin göyərtələrində təxminən 2 300 dənizçi var. Hekst qeyd edib ki, mövcud vəziyyət gəmiçilik sənayesi nümayəndələri arasında ciddi narahatlıq doğurur, çünki Hörmüz boğazı qlobal dəniz ticarəti və enerji daşınması üçün əsas marşrutlardan biri olaraq qalır.

Oxşar xəbərlər

Honkonq polisi reyd zamanı yarım tondan çox kokain ələ keçirib
Hörmüz boğazında Fransaya məxsus gəmiyə hücum olub
Hörmüz boğazında iki ticarət gəmisi hücuma məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər