Kallas: Avropa İttifaqı Moldovanın üzvlük məsələsini sürətləndirməlidir
Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında Moldovaya qarşı etiraz olmadığı müddətdə ölkənin üzvlüyü məsələsində irəliləməlidir, çünki gələcəkdə ikitərəfli siyasi fikir ayrılıqları yarana bilər.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət qurumunun rəhbəri Kaya Kallas Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
"Hesab edirəm ki, heç kimin Moldovaya qarşı olmadığı müddətdə irəli getməliyik, çünki ölkə ilə ikitərəfli problemləri olan bir hökumətin hakimiyyətə gələ biləcəyini heç vaxt bilmirsən", - Kallas bəyan edib.
Bununla yanaşı, o qeyd edib ki, Moldovanın Aİ-yə üzvlüklə bağlı danışıqların rəsmi başlama tarixi hələ müəyyən edilməyib, Brüssel isə bu məsələdə tez hərəkət etmək niyyətindədir.
"Biz hələ bu tarixi təyin etməmişik, lakin aydındır ki, tez hərəkət etməliyik", - Kallas vurğulayıb.
Onun sözlərinə görə, Kişineu islahatların aparılmasında irəliləyiş əldə edib, Moldovanın Dnestryanı bölgəsi ətrafındakı vəziyyət isə ölkənin Avropa İttifaqına üzvlüyü yolunda maneə olmayacaq.
Öz növbəsində, Maya Sandu təsdiq edib ki, Moldova 2028-ci ilə qədər Aİ-yə üzvlük müqaviləsini imzalamaq niyyətindədir.
Oxşar xəbərlər
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir
Kaya Kallas: Aİ və Avstraliya birgə hərbi təlimlər keçirməyi planlaşdırır
Kaya Kallas Azərbaycanda səfərdədir
Kallas: Aİ-nin İsrailə təzyiq göstərmək imkanları məhduddur, lakin dialoq davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
