Qətərin Baş naziri: ABŞ-İran münaqişəsinin sülh yolu ilə həlli ehtimalı yüksəkdir
sizinxeber.az xəbər saytı

Qətərin Baş naziri: ABŞ-İran münaqişəsinin sülh yolu ilə həlli ehtimalı yüksəkdir


Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İranın tezliklə Yaxın Şərqdəki böhrana son qoyacağına ümidvar olduğunu deyib.

"Report" xəbər verir ki, o, bunu "Al-Araby Al-Jadeed"ə müsahibəsində bildirib.

Baş nazirin fikrincə, Vaşinqtonla Tehran arasında istənilən razılaşma region və bütün dünya ölkələrinin maraqlarını nəzərə almalıdır.

"Biz vəziyyəti izləyirik, bütün tərəflərlə əlaqə saxlayır və görürük ki, Tehran və Vaşinqtonun mövqelərindəki fikir ayrılıqlarına baxmayaraq, diplomatik həll yolunun tapılması ehtimalı yüksəkdir. Vaşinqton və Tehran arasında mesaj mübadiləsindəki müsbət irəliləyiş bizi ümidləndirir və bunun əlamətləri var. Lakin biz bu barədə ehtiyatla danışırıq", - XİN başçısı qeyd edib.

Oxşar xəbərlər

İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
Qətərin Baş naziri: Hörmüz boğazından danışıqlarda rıçaq kimi istifadə edilməməlidir
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
İran XİN başçısı Rusiyada Tehran və Vaşinqton arasında danışıqların gedişini müzakirə edəcək
Hakan Fidan: İsrail-İran müharibəsinin başlaması ehtimalı yüksəkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər