Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
sizinxeber.az xəbər saytı

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb


Çin Vaşinqtonu embarqonu dərhal dayandırmağa və Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb, genişləndirilmiş tədbirlərin beynəlxalq münasibətlər normalarını ciddi şəkildə pozduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, ABŞ Kubaya qarşı birtərəfli sanksiyaları gücləndirib.

"Çin ABŞ-ni Kubaya qarşı embarqo və sanksiyaları, eləcə də hər cür məcburi təzyiq formalarını dərhal dayandırmağa çağırır", - bəyanatda qeyd edilib.

Məlumatda vurğulanıb ki, bu tədbirlər Kuba xalqının yaşamaq və inkişaf etmək hüququnu pozur.

Qurumdan, həmçinin bildirilib ki, Pekin Kubanın milli suverenliyi və təhlükəsizliyini qorumaqla bağlı səylərini dəstəkləyir və ölkənin daxili işlərinə müdaxiləyə qətiyyətlə qarşı çıxır.

Oxşar xəbərlər

Tramp ABŞ-nin Kubaya qarşı sanksiyalarını genişləndirib
Braziliya, Meksika və İspaniya Kubaya yardımı artırır
ABŞ Kuba rəsmilərinə viza sanksiyaları tətbiq edib
ABŞ Senatı Kubaya qarşı hərbi gücün məhdudlaşdırılması təşəbbüsünü bloklayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər