İrəvanda fon der Lyayen, Makron, Meloni və Starmer Avropanın strateji prioritetlərini açıqlayıblar
"Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən panel sessiyasında region qarşılıqlı əlaqəli təhlükəsizlik, enerji və miqrasiya böhranları fonunda strateji asılılıqları azaltmaq, müdafiəni gücləndirmək və daha dayanıqlı tərəfdaşlıqlar qurma barədə razılıq əldə olunub.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, Kipr Prezidenti və Avropa İttifaqının (Aİ) fəaliyyətdə olan sədri Nikos Xristodulidisin moderatorluq etdiyi sessiyada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, İtaliya və Böyük Britaniyanın baş nazirləri Corcia Meloni və Kir Starmer, eləcə də Fransa prezidenti Emmanuel Makron iştirak ediblər.
Avropa Komissiyasının rəhbəri üç zəif nöqtəyə diqqət çəkib: enerji, müdafiə və təchizat zənciri.
"Əgər nəsə öyrənmişiksə, o da həddindən artıq asılılıqlar zamanı nə qədər zəif olduğumuzdur", - o deyib.
Fon der Lyayen "yerli enerji" mənbələrinə, bərpa olunan enerji mənbələri və nüvə enerjisinə keçidi sürətləndirməyə, iqtisadiyyatın elektrikləşdirilməsini dərinləşdirməyə, həmçinin Aİ-nin müdafiə imkanlarını artırmağa və dayanıqlı təchizat üçün ticarət sazişləri şəbəkəsini genişləndirməyə çağırıb.
İtaliyanın Baş naziri mövcud vəziyyəti çoxsaylı böhranlar kimi təsvir edib və əlavə edib ki, burada ayrı-ayrı problemlər bir-birini gücləndirir.
"Bu, sadəcə çoxsaylı böhranlar deyil - bu məsələlər bağlıdır və bir-birini gücləndirir", - o bildirib.
Meloni miqrasiyanı təhlükəsizliyə, iqtisadiyyata və təsisatlara olan etimada təsir edən əsas mərkəz kimi xüsusi vurğulayıb və Aİ-ni miqrantların mənşə ölkələri ilə daha sıx işləməklə, reaksiyadan strateji qabaqlamağa keçməyə çağırıb.
"Strateji muxtariyyət" konsepsiyasından danışan Makron qeyd edib ki, bu, texnologiyalara və sənayeyə də aiddir.
"Məsələn, yarımkeçiricilərdə 100 % asılı olduğun halda müdafiə sahəsində dayanıqlı muxtariyyətə sahib olmaq qeyri-mümkündür", - o bildirib.
Makron "de-risking" – əsas təchizat zəncirlərinin şaxələndirilməsi və lokallaşdırılması – zərurətini vurğulayıb. ABŞ və Çindən asılılıq riskləri barədə xəbərdarlıq etməklə yanaşı, Avropanı qlobal sistemdə "proqnozlaşdırıla bilən tərəfdaş" kimi dəyərləndirib.
Böyük Britaniyanın Baş naziri təhlükəsizliyin praktiki və strateji aspektlərinə diqqət yetirib: "Biz iki cəbhədə müharibə ilə üzləşirik... və bu, hamımıza birbaşa təsir edir".
O qeyd edib ki, Avropa müdafiə sahəsində geridə qalır və öz rolunu gücləndirməli, o cümlədən NATO-ya daha böyük töhfə verməlidir.
Oxşar xəbərlər
Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilib
Ursula fon der Lyayen: Aİ üç əsas sahədə təhlükəsizliyi gücləndirməlidir
Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir - FOTO
Ursula fon der Lyayen: Aİ-yə Rusiyanın enerji resurslarından tam imtina planı təqdim ediləcək
KİV: Tramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
