KİV: Tramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək
sizinxeber.az xəbər saytı

KİV: Tramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək


ABŞ Prezidenti Donald Tramp Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, D.Tramp xanımı ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcək. “La Repubblica” qəzetinin yazdığına görə, Trampın Romada qalması 15 saatla məhdudlaşır.

V.Zelenskinin tədbirdə iştirakı sual altında idi. Nəşrin məlumatına görə, onun adı Müqəddəs Taxtın mətbuat xidməti tərəfindən jurnalistlərə təqdim edilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısında var.

İtaliya KİV-lərinin daha əvvəl yaydığı məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Romada Trampla görüşməyi planlaşdırır.

Oxşar xəbərlər

Tramp Romada Zelenski ilə görüşə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vens Meloni ilə ABŞ və Aİ arasında potensial ticarət sazişini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Meloninin Romaya səfər dəvətini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər