İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq
sizinxeber.az xəbər saytı

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq


İsrail hökumətinin Silah Satınalma Komitəsi iki yeni F-35 və F-15IA qırıcı eskadrilyasının alınması planlarını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

"İrana qarşı kampaniyanın əməliyyat dərsləri bizdən silahlı qüvvələrin gücləndirilməsini sürətləndirməyi tələb edir. Missiyamız aydındır: düşmənlərimizi qabaqlamaq", - İsrael Kats bildirib.

O vurğulayıb ki, yeni qırıcı eskadrilyalarının yaradılmasının təsdiqlənməsi 118,9 milyard dollar dəyərində olan silahlı qüvvələrin gücləndirilməsi planının həyata keçirilməsində ilk addımdır. Onun sözlərinə görə, "Lockheed Martin" şirkətindən F-35 və "Boeing" şirkətindən F-15IA qırıcılarının alınması uzun illər hərbi üstünlüyü təmin edəcək.

Silah Satınalma Komitəsindən bildiriblər ki, yeni eskadrilyalar regional təhdidlərə qarşı çıxaraq və İsrailin havadakı strateji üstünlüyünü qoruyub saxlayaraq silahlı qüvvələrin uzunmüddətli inkişafının təməl daşı olacaq.

Oxşar xəbərlər

İsrail F-35 və F-15IA qırıcı təyyarələrini alacağını təsdiqləyib
İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb
ABŞ İsrailə 18,82 milyard dollarlıq F-15-lərin satışını təsdiqləyib
İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu
İsrail 200 milyon dollarlıq əlavə silah-sursat sifariş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər