Zelenski: Ukrayna Rusiyanın mayın 9-da atəşkəs təklifini öyrənir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin mayın 9-da atəşkəs təklifinə münasibət bildirib.
"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.
O, Rusiyanın təşəbbüsünün detallarını öyrənmək üçün komandasına ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlamağı tapşırdığını bildirib.
"Söhbətin Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha çox şeydən getdiyini aydınlaşdıracağıq", – prezident vurğulayıb.
O qeyd edib ki, Ukrayna sülhə can atır və bu müharibənin başa çatması üçün zəruri diplomatik işi təmin edir.
"Bizim təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir", – o qeyd edib.
Zelenski Ukraynanın bunun üçün istənilən layiqli və səmərəli formatda işləməyə hazır olduğunu əlavə edib.
Oxşar xəbərlər
Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib
Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib
Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur
Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
