Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
sizinxeber.az xəbər saytı

Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib


Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə sülh sazişinin şərtlərini müzakirə etmək üçün danışıqlar aparmağa hazır olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Rusiyadan bəyanatlar eşidirik və əgər bu, müharibəni ləyaqətlə bitirmək və həqiqətən uzunmüddətli sülh yaratmaq üçün onların ciddi hazırlığının siqnalıdırsa, Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşə hazır olduğunu bir daha təsdiqləyir", - o vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, Ukrayna liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir: “ABŞ bunu təklif edib. Ukrayna bunu dəstəklədi. Rusiyanın hazırlığı lazımdır”.

Onun sözlərinə görə, Kiyevdə ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək və uzunmüddətli sülhə nail olmaq ilə bağlı səyləri dəstəklənir.

Qeyd edək ki, daha əvvəl V.Putin bildirib ki, həm Rusiya, həm də Ukrayna üçün məqbul olan əsaslarda uzunmüddətli və möhkəm sülh yaratmaq lazımdır.

Oxşar xəbərlər

Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib
Ukrayna Putinlə Zelenski arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib
Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər
Zelenski: ABŞ ilə sülh planının müzakirəsindən sonra Rusiya ilə danışıqlar aparmağa hazıram
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər