WSJ: ABŞ təzyiq məqsədilə İraqa dollar tədarükünü dondurub
Vaşinqton İraq hökumətinə təzyiq göstərmək və ölkə ərazisindəki İranpərəst silahlı birləşmələrin buraxılmasına nail olmaq məqsədilə İraqa dollar əskinaslarının göndərilməsini dondurub və Bağdadla təhlükəsizlik sahəsində birgə proqramların həyata keçirilməsini dayandırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankının hesablarında olan və İraq neftinin satışından əldə edilən gəlirləri təşkil edən təxminən 500 milyon dolların köçürülməsini bloklayıb. Vurğulanıb ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri bu, Vaşinqtonun İraq üçün nəzərdə tutulan nağd vəsaitlərin göndərilməsini gecikdirdiyi artıq ikinci haldır.
Bundan əlavə, Amerika tərəfi İraq Silahlı Qüvvələrinin və terrorizmlə mübarizə bölmələrinin təlimi üzrə bir neçə proqrama vəsaitin ayrılmasını dondurub. "The Wall Street Journal"ın fikrincə, Vaşinqtonun bu cür hərəkətləri Bağdada təzyiqi artırmaq və İraq-İran əlaqələrini sarsıtmaq istəyindən qaynaqlanır.
Qəzet həmçinin xatırladıb ki, 2003-cü ildə Amerikanın İraqa müdaxiləsindən sonra İraqın neft resurslarının satışından əldə edilən gəlirlər saxlanmaq üçün Nyu-York Federal Ehtiyat Bankında yerləşdirilmişdi. Qeyd etmək lazımdır ki, 2015-ci ildə ABŞ artıq İraqa nağd pul köçürməsini müvəqqəti olaraq bloklamışdı, çünki bu vəsaitlərin bir hissəsinin İŞİD terror təşkilatının əlinə keçdiyinə dair şübhələr var idi.
Oxşar xəbərlər
Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edib
“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var
İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
