"Hizbullah" İsraillə danışıqlardan imtina edib
"Hizbullah" qruplaşmasının baş katibi Naim Qasım İsraillə hər hansı danışıqlar keçirilməsinə qarşı çıxıb.
"Report" xəbər verir ki, Qasımın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.
"Hizbullah"ın baş katibi Livan hökumətini müqavimətin daxili potensialı zəiflətməkdə ittiham edib. Bununla yanaşı, ölkənin baş nazirini əməkdaşlığa çağırıb: "Gəlin birlikdə təcavüzə qarşı duraq, sonra hər şey barədə razılığa gələrik".
"Biz (israillə - red.) hər hansı danışığı rədd edirik. Bu danışıqlar nəticəsizdir və gedişatı dəyişmək üçün Livanın daxili həmrəyliyə ehtiyacı var", - N. Qasım vurğulayıb.
Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda hər iki ölkənin ABŞ-dəki səfirlərinin rəhbərlik etdiyi Livan və İsrail nümayəndə heyətlərinin ilkin danışıqları keçiriləcək.
Oxşar xəbərlər
“Hizbullah”ın baş katibi: Silahdan imtina etmək Livanın işğalına son qoymayacaq
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
BMT İsrail və “Hizbullah”ı atəşkəsə çağırıb
Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşıb
Hizbullah tərksilah olmaqdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
