Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
sizinxeber.az xəbər saytı

Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb


Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb və Təl-Əvivi bombardmanları dərhal dayandırmağa çağırıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxış edərkən bildirib.

Hökumət başçısının sözlərinə görə, atəşkəs rejimi Livana da şamil edilməlidir. "Diplomatiya doğru yoldur və mən ABŞ ilə İran arasındakı danışıqları alqışlayıram", - o qeyd edib.

Starmer, həmçinin vurğulayıb ki, "Hizbullah" radikal qruplaşması tərk-silah olunmalıdır. "İsrailin zərbələri səhvdir. Onların dağıdıcı humanitar fəsadları var və Livanı böhrana aparır. Bombardmanlar dərhal dayandırılmalıdır", - Baş nazir bildirib.

Oxşar xəbərlər

Kir Starmer: İsrailin Qəzzanı nəzarətə götürməklə bağlı qərarı yanlışdır
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir
Starmer ABŞ tariflərini qlobal iqtisadiyyat üçün problem adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər