Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir
sizinxeber.az xəbər saytı

Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir


İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının ABŞ Prezidenti Donald Trampın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, Təl-Əviv Tehranın dərhal boğazları açması, ABŞ, İsrail və region dövlətlərinə qarşı hücumları dayandırması şərti ilə Vaşinqtonun İrana endirilən zərbələri iki həftə müddətinə dayandırmaq qərarını alqışlayır.

Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.

Bununla yanaşı, Netanyahunun dəftərxanasından vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.

İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.

Oxşar xəbərlər

İsrail Trampla söhbətdən sonra İrana yeni zərbələr endirməməyə qərar verib
Netanyahu: İsrail Trampın və ABŞ xalqının açıq dəstəyi ilə İrana hücum edir
Binyamin Netanyahu: İsrail İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə endirib
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər