Kir Starmer: İsrailin Qəzzanı nəzarətə götürməklə bağlı qərarı yanlışdır
sizinxeber.az xəbər saytı

Kir Starmer: İsrailin Qəzzanı nəzarətə götürməklə bağlı qərarı yanlışdır


Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzza şəhərini nəzarətə götürmək qərarının səhv olduğunu bildirib və ölkə hökumətini öz mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən məlumat verib.

"İsrail hökumətinin Qəzza zolağında hücumu daha da gücləndirmək qərarı səhvdir və biz onu dərhal yenidən nəzərdən keçirməyə çağırırıq", - o bildirib.

Baş nazir vurğulayıb ki, bu addımlar münaqişəyə son qoymağa və ya girovların azad edilməsinə kömək etməyəcək, "əksinə, daha çox qan tökülməsinə səbəb olacaq".

Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bütün Qəzza zolağını hərbi nəzarətə götürmək niyyətində olduğunu bəyan etmişdi.

Oxşar xəbərlər

Netanyahu İsrailin Qəzzanı ilhaq etmək niyyətində olmadığını açıqlayıb
Britaniya səfiri: İsrailin Qəzza zolağını hərbi nəzarətə alması daha çox ölümlə nəticələnəcək
İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini qəbul edib - YENİLƏNİB
İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağının tamamilə hərbi nəzarətə alınmasını müzakirə edir
Netanyahu İsrailin bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər