XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm
Roma Papası XIV Leo, ABŞ Prezidenti Donald Trampın tənqidinə baxmayaraq, Yaxın Şərqdəki müharibəyə qarşı çıxış etməyə davam edəcəyini bildirib.
"Sizinxeber.az" CNN-ə istinadən xəbər verir ki, o, bu barədə Əlcəzairə yola düşən Papa təyyarəsinin göyərtəsində bildirib.
"Mən onunla (Donald Trampla, - red.) müzakirəyə girmək istəmirəm. Problemlərin ədalətli həllini tapmaq üçün dövlətlər arasında sülhü, dialoqu və çoxtərəfli münasibətləri təşviq etməyə çalışaraq, müharibəyə qarşı ucadan çıxış etməyə davam edəcəyəm", - o deyib.
Roma Papası hərbi əməliyyatlar nəticəsində həddindən artıq çox dinc sakinin həlak olduğunu vurğulayıb.
"Dünyada çox sayda insan əziyyət çəkir, çox sayda günahsız insan həlak olur. Düşünürəm ki, kimsə ayağa qalxıb başqa - daha yaxşı bir yolun olduğunu deməlidir", - o qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid etmişdi. Trampın sözlərinə görə, Roma Papası cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə bərbaddır. Tramp Papanın qardaşı Luinin onun daha çox xoşuna gəldiyini bildirib, çünki onun sözlərinə görə, o, "MAGA"nı (Make America Great Again, - red.) tamamilə dəstəkləyir. Bundan başqa, Tramp qeyd edib ki, Roma Katolik Kilsəsinin rəhbərliyində, İranın nüvə silahına malik olmasını normal hesab edən bir Papa görmək istəmir.
Oxşar xəbərlər
Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
Roma Papası Yaxın Şərqdə atəşi dayandırmağa çağırıb
Tramp Roma Papası obrazında şəklini paylaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
