İsrailin Livandakı əməliyyatı nəticəsində ölənlərin sayı 1 530 nəfərə çatıb
İsrail Müdafiə Ordusunun Livandakı əməliyyatı nəticəsində ölənlərin sayı 1 530 nəfərə çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Daha 4812 nəfərin yaralandığı bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.
"Hizbullah" İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməyə davam edir. İsrail, həmçinin Livanın cənubundakı quru əməliyyatını genişləndirib.
Oxşar xəbərlər
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
İranın Küveydəki bazaya hücumu zamanı ABŞ-nin 15 hərbçisi yaralanıb
İran: ABŞ və İsrailin zərbələri nəticəsində Buşehr AES-ə zərər dəyməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
