Eyal Zamir: İsrail İranla münaqişədə strateji nöqtəyə yaxınlaşır
İsrail İrana qarşı müharibədə strateji nöqtəyə yaxınlaşır.
"Sizinxeber.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.
Onun sözlərinə görə, İsrail ordusu ABŞ ilə birgə İrana qarşı keçirilən əməliyyat çərçivəsində qarşıya qoyulmuş vəzifələrin icrasında artıq mühüm uğurlar əldə edib.
"Biz İrana qarşı birgə kampaniyada strateji dönüşə yaxınlaşırıq. Hazırda biz əhəmiyyətli uğurlar, o cümlədən əməliyyatın əvvəlində müəyyən edilmiş hədəflərlə bağlı uğurlar əldə etmişik. Qətiyyətlə fəaliyyət göstərməyə və İrana zərbələri dərinləşdirməyə davam edəcəyik", - o bildirib.
Livanda "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatından danışan Zamir vurğulayıb ki, İsrail ordusu İsrailin yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısını almaq üçün qabaqcıl müdafiə zonası yaratmağa davam edəcək. O, həmçinin bildirib ki, İsrail ordusu Livanın dərinliklərindəki raket qurğularına zərbələr endirməyi davam etdirəcək.
Oxşar xəbərlər
İsrail Livanda quru əməliyyatları planını təsdiqlədi
İsrail ordusu: İrana qarşı döyüşlər daha bir neçə həftə davam edə bilər
İsrail Livanda quru əməliyyatları planını təsdiqləyib
İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb
İsrailin Baş Qərargah rəisi: İranla mübarizəmiz bitməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
