Kir Starmer Qətərdədir
sizinxeber.az xəbər saytı

Kir Starmer Qətərdədir


Böyük Britaniyanın Baş naziri Kir Starmer Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Qətərin paytaxtı Dohadadır.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynə də səfər edəcək.

Səfərlər çərçivəsində Starmer ABŞ və İran arasında atəşkəs razılaşmasına riayət olunmasının təmin edilməsi üzrə səyləri, eləcə də Hörmüz boğazının fəaliyyətinin bərpası məsələlərini müzakirə etməyi planlaşdırır.

Britaniyanın Baş naziri hələ görüləcək çox işin olduğunu qeyd edərək, regional tərəfdaşların iştirakı ilə qlobal enerji marşrutlarının bərpasının zəruriliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Xamenei: İran müharibəyə can atmır
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
Təbriz bombalanıb, "Bəsic"in 13 əməkdaşı öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər