Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri şahzadə Feysal bin Fərhan Əl Səud və Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-in sosial şəbəkələrdəki bəyanatında deyilir.

"Onlar regiondakı son hadisələri müzakirə edib və regionda təhlükəsizlik və sabitliyin bərpası məqsədilə gərginliyin azaldılması yollarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.

Yerli KİV-lərin məlumatına görə, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri iki ölkə arasında ilk rəsmi əlaqədir.

Oxşar xəbərlər

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Səudiyyə Ərəbistanının XİN rəhbəri iranlı həmkarı ilə İsrailin hücumlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər