ABŞ İranla əldə olunan atəşkəsin Livana da şamil edilməsi imkanlarını nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

ABŞ İranla əldə olunan atəşkəsin Livana da şamil edilməsi imkanlarını nəzərdən keçirir


ABŞ Livanın İranla müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsi ehtimalını nəzərdən keçirir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün brifinqdə bildirib.

O, bir daha xatırladıb ki, hazırda İranla atəşkəs razılaşması Livanda hərbi əməliyyatların dayandırılmasını ehtiva etmir.

"Livan atəşkəsin bir hissəsi deyil... Əminəm ki, bu məsələ prezident (ABŞ Donald Tramp), baş nazir (İsrail Binyamin) Netanyahu və cəlb olunmuş bütün tərəflər tərəfindən müzakirə olunacaq", - deyə Levitt bildirib.

Ağ Evin nümayəndəsi həmçinin İsrailin İranla atəşkəs razılaşmalarını pozmağa cəhd etməsinə dair fərziyyələri rədd edib:

"Şəxsi söhbətində baş nazir Netanyahu (Trampla - red.) məhz açıq şəkildə bəyan etdiklərini ifadə edib: o, prezidenti dəstəkləyir və İsrail ABŞ-nin əsas müttəfiqi və tərəfdaşı olaraq qalır", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
Tramp İranla dialoqa açıq olduğunu bildirib
Ağ Ev: Tramp İranla dialoqa hazırdır
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər