ÜST əməkdaşının ölümündən sonra Qəzzadan xəstələrin təxliyəsini dayandırıb
sizinxeber.az xəbər saytı

ÜST əməkdaşının ölümündən sonra Qəzzadan xəstələrin təxliyəsini dayandırıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşının ölümündən sonra Qəzza zolağından xəstələrin tibbi təxliyəsini dayandırıb.

"Sizinxeber.az"un xəbərinə görə, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

"ÜST kədərlə bu gün Qəzza zolağında xidmət göstərən müqaviləli əməkdaşının öldürüldüyünü təsdiqləyir. Hadisədən sonra ÜST bu gün Qəzzadan Rəfah vasitəsilə Misirə xəstələrin tibbi təxliyəsini dayandırıb. Tibbi təxliyələr sonrakı bildirişə qədər dayandırılacaq", - o qeyd edib.

Qebreyesus əlavə edib ki, ÜST-ün digər iki əməkdaşı hadisə yerində olub, onlara heç nə olmayıb.

Onun sözlərinə görə, müvafiq orqanlar hadisəni araşdıracaq.

Oxşar xəbərlər

Qebreyesus: ÜST Suriyaya tibbi yardımın çatdırılması üzərində işləyir
Qəzzada ÜST işçiləri və onların ailə üzvləri saxlanılıb
ÜST maliyyə çatışmazlığı səbəbindən işə qəbulu dayandırıb
Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir
ÜST rəhbəri: Qəzzanın şimalında fəlakətli vəziyyət yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər