KİV: Vens ABŞ-İran danışıqlarına qoşula bilər
sizinxeber.az xəbər saytı

KİV: Vens ABŞ-İran danışıqlarına qoşula bilər


ABŞ-nin Vitse-prezidenti Jey Di Vens İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edə bilər.

"Report"un xəbərinə görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Vens ehtiyatda qalır və pərdəarxası təmaslar İran rəhbərliyinin nümayəndələri ilə təkbətək görüşlə nəticələnsə, Tehranla həssas danışıqlara başlamağa hazırdır".

Qeyd olunur ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və Cared Kuşner hazırkı mərhələdə Tehranla təmaslarda iştirak edirlər. Əgər danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunsa, Vens danışıqlara qoşula bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edərək hücumlara başlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.

Oxşar xəbərlər

ABŞ Silahlı Qüvvələri İranın 155-dən çox gəmisinə zərbə endirdiyini bildirib
İranda 500 saatdan çoxdur internet tam kəsilib
KİV: ABŞ-nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər