CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ABŞ hərbçiləri 8 mindən çox hədəfi, o cümlədən 130-dan çox hərbi gəmini məhv edib.
"Report" xəbər verir ki, bu, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
"Hazırda biz 8 mindən çox hərbi hədəfi, o cümlədən 130 İran gəmisini vurmuşuq - bu, İkinci Dünya müharibəsindən bəri üçhəftəlik dövr ərzində hərbi dəniz qüvvələrinin ən böyük miqyasda məhv edilməsidir", - bəyanatda qeyd olunub.
CENTCOM-dan, həmçinin vurğulanıb ki, ABŞ İran sahilindəki yeraltı obyektə 5 min funtluq bir neçə bomba ilə zərbələr endirib.
"Bu möhkəmləndirilmiş obyekt gəmi əleyhinə qanadlı raketlərin, mobil buraxılış qurğularının və beynəlxalq gəmiçilik üçün təhlükə yaradan digər avadanlıqların saxlanması üçün istifadə olunurdu", - bəyanatda qeyd edilib.
Bildirilib ki, əməliyyat zamanı təkcə obyektin özü deyil, həm də kəşfiyyat məntəqələri, eləcə də gəmilərin hərəkətini izləyən radiolokasiya sistemləri məhv edilib.
CENTCOM-dan vurğulanıb ki, nəticədə İranın Hörmüz boğazında naviqasiya azadlığına təhdid yaratmaq imkanları əhəmiyyətli dərəcədə azaldılıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 minə yaxın hədəfi məhv edib
CENTCOM: ABŞ İrana qarşı əməliyyat zamanı 6,5 mindən çox döyüş uçuşu həyata keçirib
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
CENTCOM rəhbəri İsrailə səfər edib
İsrail HHQ İranın F5 qırıcılarını vurub, onlarla hərbi obyektinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
